Hindistanın Tamil Nadu əyalətində məhkəmə qeyri-hinduların Palani bölgəsindəki məbədlərə girişini qadağan edib.
Hafta.az-ın “Hindustan Times”a istinadən yazdığına görə, məhkəmə qərarını qeyri-hinduların bəzi məbəd ərazilərindən “piknik və ya turistik ərazilər” kimi istifadə etmələri ilə əsaslandırıb.
Ştat rəsmiləri, hindu olmayanların bu məbədlərə girməsinə icazə verilmədiyini göstərən lövhələrin nümayişini əmr edən məhkəmə qərarına qarşı çıxıblar, çünki bu, ziyarətçilərin "dini hisslərini incidəcək".
Məhkəmə etirazı qəbul etməyib və qərarın yalnız Palanidəki məbədlər üçün keçərli olduğunu qeyd edib.
Məhkəmədən qeyri-hinduların məbədlərə girməsinə icazə verməməyi tələb edən şəxs, rəsmilərin fotoşəkil çəkdirmək üçün məbədə girmək istəyən ziyarətçilərin, o cümlədən müsəlmanların qarşısını almağa çalışdığını gördüyünü bildirib. Bununla belə, sorğunun yaradıcısı iddia edib ki, bu ziyarətçilər hakimiyyət orqanlarına hindu olmayanların məbədlərə girişini qadağan edən heç bir qaydanın olmadığını deyiblər.